Kolumbiya COVID-19 əleyhinə 40 milyon vaksinin sifariş olunduğunu açıqlayıb
Kolumbiya hökuməti 2021-ci ildə əhalinin immunizasiyasının başlanması üçün ümumilikdə 20 milyon doza COVID-19 əleyhinə vaksinin alınması barədə "Pfizer" və "AstraZeneca" əczaçılıq şirkətləri ilə müqavilə imzalayıb.
SİA xəbər verir ki, daha 20 milyon dozanın COVAX beynəlxalq mexanizmi çərçivəsində əldə edilməsi planlaşdırılır.
Kolumbiya Prezidenti İvan Duke, vaksinlərin gələn ilin əvvəlində gələcəyini, kütləvi vaksinasiyanın isə fevral ayında başlayacağını bildirib.
Kolumbiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, 50 milyona yaxın əhalisi olan ölkədə koronavirusdan 40 475 nəfər vəfat edib, yoluxanların sayı 1 507 222 nəfər təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB