Rusiya paytaxtında koronavirusa yoluxmuş 75 nəfər dünyasını dəyişib

Rusiya paytaxtında koronavirusa yoluxmuş 75 nəfər dünyasını dəyişib
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 469-a çatıb. Qeyd edək ki, Moskvada indiyədək 735 900 insanda koronavirus aşkar olunub, 567 mindən çox insan isə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə