Böyük Britaniyada ötən sutka ərzində koronavirusdan daha 326 nəfər ölüb
Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 35,9 min yoluxma halı qeydə alınıb.
SİA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,04 milyon nəfəri ötüb.
Bildirilir ki, ötən sutka koronavirusdan daha 326 nəfər ölüb, ölənlərin sayı 67,4 min nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB