İsrail prezidenti Reuven Rivlin bu gün Yəhudi əyalətində başlayan kütləvi koronavirus peyvəndinin birinci mərhələsi çərçivəsində COVID-19-a qarşı peyvənd olunub.
SİA bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Reuven Rivlin bu hərəkəti ilə koronavirusla bağlı ümumi peyvəndləşmə prosesinə dəstək olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, dünən də ölkənin Baş naziri Binyamin Netanyahu peyvənd olunub. Bu gün səhərdən isə İsraildə COVID-19-a qarşı kütləvi peyvəndləşmə aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB