Rusiyada son 2 həftədə rekord yoluxma

Rusiyada son 2 həftədə rekord yoluxma
Rusiyada son bir gündə 28 min 948 yeni yoluxma faktı qeydə alınıb. Bu, dekabrın 6-dan indiyədək qeydə alınan ən yüksək göstərici olub. SİA "worldometers"ə istinadən xəbər verir ki, son 24 saat ərzində 511 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 50 min 558 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 275 min 657 nəfər sağalıb. Ölkə üzrə ümumilikdə 2 milyon 848 min 377 nəfər insan koronavirusa yoluxub.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə