Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində ən azı 9 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış Spin Kalay meydanında baş verib. Partlayışın hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub. Millət vəkilinin sağ olduğu bildirilir. Hadisə nəticəsində doqquz nəfər ölüb, altı nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB