2020-ci ildə ABŞ-da 117 jurnalist həbs edilib.
SİA xarici mətbuata istinadən bildirir ki, bu barədə ABŞ Mətbuat Azadlığı Fondunun hesabatında qeyd edilib. Bildirilib ki, 2019-cu ildə mətbuat azadlığı ilə bağlı 152 pozuntu aşkar edildiyi halda, 2020-ci ildə pozuntuların sayı 1000-i keçib.
Hesabata əsasən, həbslərin əksəriyyəti qaradərili Corc Floydun Minnesota ştatında ölümündən sonra başlanan etiraz nümayişləri zamanı qeydə alınıb.
Etirazların ilk həftəsində 71 jurnalistin həbs edildiyinə diqqət çəkən hesabatda bu rəqəmin ABŞ-da son 3 ildə tutulan jurnalist sayından çox olduğu vurğulanıb.
Həmçinin məlumatda bildirilib ki, ölkənin 40 fərqli şəhərində etirazlar zamanı tutulan jurnalistlər fiziki təhqir, təcavüz və bloklama kimi çətinliklərə məruz qalıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB