Hindistanda koronavirusa yoluxanların sayı 10 milyonu keçdi

Hindistanda koronavirusa yoluxanların sayı 10 milyonu keçdi

Hindistanda aşkar olunan koronavirusa yoluxma hallarının ümumi sayı son gündə 25 152 nəfər artaraq 10 004 599-a çatıb. SİA-nın xəbərinə görə, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi rəsmi saytında məlumat yayıb. Bildirilib ki, son sutkada 347 nəfər koronavirus infeksiyası nəticəsində ölüb və ümumi COVID-19 qurbanlarının sayı 145 136 nəfərə çatıb. Bununla da Hindistan koronavirusa yoluxma hallarının sayına görə 10 milyonu keçən ikinci ölkə olub. Bundan əvvəl yalnız ABŞ-da belə yüksək yoluxma sayı qeydə alınıb: Cons Hopkins Universitetinin məlumatına görə, hazırda bu say 17 459 296-dır. Eyni zamanda Hindistan koronavirusdan ölüm sayına görə dünyada yalnız ABŞ və Braziliyadan geri qalaraq üçüncü yerdədir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə