Əfqanıstanda terror aktında 15 nəfər həlak olub, onlarla insan yaralanıb
Əfqanıstanın mərkəzi hissəsindəki Qazni əyalətində törədilmiş terror aktı nəticəsində 15 dinc sakin həlak olub, daha 20 nəfər xəsarət alıb. SİA-nın xəbərinə görə, Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Tarık Aryen jurnalistlərə bildirib ki, partlayış Qeylan rayonunun Aqujan kəndində baş verib.
Terrorçular xətm (Quran oxunma -red) mərasiminin iştirakçıları yaxınlığında minalanmış üçtəkərli motosikleti partladıblar.
Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB