ABŞ-da "Moderna" şirkətinin COVID-19-a qarşı vaksininin istifadəsinə icazə verilib

ABŞ-da "Moderna" şirkətinin COVID-19-a qarşı vaksininin istifadəsinə icazə verilib
ABŞ-ın Ərzaq və Dərman Mhəsullarının Keyfiyyəti üzrə İdarəsi (FDA) "Moderna" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksininin istifadəsinə icazə verib. Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə FDA-nın mətbuat xidmətindən məlumat veriblər. Məlumatda deyilir: "Bu gün FDA ikinci COVID-19 vaksininin fövqəladə şəraitdə istifadəsinə icazə verib. Fövqəladə şəraitdə istifadənin təsdiqlənməsi ABŞ-da 18 və ya daha yuxarı yaşda insanlara vaksinin istifadəsinə imkan verir". Xatırladaq ki, daha əvvəl ABŞ-da "BioNTech" və "Pfizer" şirkətlərinin vaksinin istifadəsinə icazə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə