İran Ermənistana humanitar yardım göndərdi

İran Ermənistana humanitar yardım göndərdi

İran Ermənistana humanitar yardım göndərib. SİA erməni mətbuatına istinadən bildirir ki, İranın göndərdiyi yardım artıq İrəvana çatıb.

Məlumata görə, İran COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Ermənistana müxtəlif tibbi avadanlıqlar, o cümlədən nəbz oksimetrləri, dezinfeksiyaedici məhlullar, termometrlər, koronavirus əleyhinə avadanlıqlarvə digər aksesuarlar yollayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə