Gürcüstan koronavirus xəstələrinin müalicəsi üçün lazım olan “Remdesivir” dərmanı alıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Onun sözlərinə görə, dərmanın ilk partiyası artıq ölkəyə gətirilib. Bu dərmanla ilk növbədə ağır xəstələrin müalicəsinə başlanılacaq.
Nazir həmçinin bildirib ki, Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.
Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.
Y.Tikaradze deyib ki, COVID-19-a qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq. Hökumət artıq peyvəndin alınması üçün 18 milyard lari vəsait ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB