Suriyada yerləşən ABŞ hərbi bazasına bir neçə reaktiv raket atılıb

Suriyada yerləşən ABŞ hərbi bazasına bir neçə reaktiv raket atılıb
Suriyanın Deyr əz-Zor vilayətinin şimalında yerləşən ABŞ hərbi bazasına bir neçə reaktiv raket düşüb. Atəşə tutulan baza Əl-Ömər neft yatağının yaxınlığında yerləşir. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Əl-Həddat" telekanalı məlumat yayıb. Xatırladaq ki, 19 avqustda Deyr əz-Zordakı Konoko yatağı ərazisindəki ABŞ bazası da minaatan atəşinə tutulub. ABŞ hərbçiləri sıralarındakı itkilər barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə