ABŞ-da qar yağması nəticəsində meydana gələn yol qəzalarında 7 nəfər ölüb

ABŞ-da qar yağması nəticəsində meydana gələn yol qəzalarında 7 nəfər ölüb
ABŞ-ın şərq sahillərində qar yağması nəticəsində meydana gələn yol qəzalarında qurbanların sayı yeddi nəfərə çatıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Nyu-York və Pensilvaniya əyalətlərinin dörd sakininin ölümü barədə məlumat verilib. Şərq sahil ştatlarının səlahiyyətliləri yüzlərlə yol qəzası barədə məlumat verir. Nyu-York qubernatoru Endryu Kuomo təxminən 600 qəzanın baş verdiyini söyləyib. Bölgələrdə fövqəladə vəziyyət tətbiq edilir, məktəblərdə dərslər dayandırılıb və qarın təmizlənməsinə mane olmamaq üçün şəxsi nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə