İranda sərnişin təyyarəsi təcili qəza enişi edib

İranda sərnişin təyyarəsi təcili qəza enişi edib

"Caspian" hava yollarına məxsus 038 saylı Tehran-Şiraz istiqamətində uçan təyyarə İsfahan şəhərində təcili eniş edib.

SİA xəbər verir ki, yerli vaxtla 13:20 dəqiqədə baş verən hadisənin səbəbi kimi təyyarədəki texniki nasazlıq göstərilib.

Təyyarənin sərnişinlərindən xəsarət alan olmayıb. Sərnişinlər başqa təyyarə ilə İsfahandan Şiraza uçublar.

Bütün xəbərlər Facebook səhifəmizdə