Obama Avropaya səfər edəcək

ABŞ prezidenti Barak Obama mayın 23-də 6 günlük Avropa turnesinə başlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 4 ölkəni əhatə edəcək səfər çərçivəsində Obama qlobal iqtisadiyyat, regional təhlükəsizlik və Avropa ölkələri ilə əlaqələri müzakirə edəcək.

Səfər İrlandiyadan başlayacaq. Belə ki, Obama İrlandiyaya səfəri zamanı ulu babalarının yaşadığı kəndi də ziyarət edəcək.

İrlandiyadan Britaniyaya oradan da Fransaya səfər edəcək Obamanın səfərinin son dayanacağı Polşa olacaq.

ABŞ dövlət başçısı F-16 döyüş təyyarələrinin Polşada yerləşdirilməsinə dair saziş imzalayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə