Gürcüstanda ötən sutkada koronavirusa 2 981 yeni yoluxma faktı təsdiqlənib, 2 001 nəfər müalicə olunaraq sağalıb, 31 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 201 368 nəfər təşkil edir. Onların 169 282-si sağalıb, 1 953-ü isə dünyasını dəyişib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB