Türkiyə ilə ABŞ arasında uzlaşma necə təmin olunacaq?

Türkiyə ilə ABŞ arasında uzlaşma necə təmin olunacaq?

Sanksiyalardan sonra belə Türkiyə ilə ABŞ arasında uzlaşma təmin ediləcək. SİA xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi və hərbi işlər üzrə köməkçisi Klark Kuper deyib.

O, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar məsələsində alternativlərin olduğunu dilə gətirib: “Sanksiyalar ABŞ-Türkiyə münasibətlərində yeni kompromis və gediləcək yolları müəyyənləşdirmək üçün imkan verəcək. Ölkələr müttəfiqdir. Birlikdə olmaq Türkiyənin, ABŞ-ın və NATO-nun maraqlarına uyğundur və bu sahədə kompromis axtarmaq ən yaxşı yoldur. ABŞ Türkiyə ilə yaxın münasibətlərini davam etdirmək istəyir”.

Qeyd edək ki, Rusiyadan S-400 kompleksləri tədarük etdiyi üçün Türkiyə ABŞ tərəfindən embarqoya məruz qalıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə