Misirdə avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb

Misirdə avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb
Misirin mərkəzi Sohaq əyalətində avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə "Akhbar el-Yom" portal məlumat yayıb. Məlumata görə, Kena şəhərindən paytaxt Qahirəyə gedən sərnişin avtobusu ölkənin şimalındakı Mersa-Matruh şəhərindən əl-Balabiş kəndinə gedən mikroavtobusla toqquşub. Nəticədə yeddi nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə