“Moskvada restoran və mağazaları bağlamaq planlaşdırılmır” - Şəhər merinin müavini

“Moskvada restoran və mağazaları bağlamaq planlaşdırılmır” - Şəhər merinin müavini

“Moskvada restoran və mağazaları bağlamaq planlaşdırılmır”.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Moskva merinin birinci müavini Aleksey Nemeryuk "Rusiya-24" telekanalına açıqlamasında bildirib.

“Moskvada həm mağazalar, həm də restoranlar açıqdır. Tamamilə bağlanması üçün əsaslı səbəb yoxdur. Eyni zamanda, Yeni il tətilləri zamanı istirahət yerlərində əlavə məhdudiyyətlər nəzərdə tutulmur. Bütün buz meydançaları, parklar Yeni il ərəfəsində və ondan sonra da işləyəcək”, - deyə Nemeryuk əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə