NATO Baş katibi ABŞ-ın Türkiyəyəyə qarşı sanksiya tətbiqinə münasibət bildirib

NATO Baş katibi ABŞ-ın Türkiyəyəyə qarşı sanksiya tətbiqinə münasibət bildirib

NATO-nun Baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi ittifaqdakı müttəfiqlərin bir-birlərinə qarşı sanksiya tətbiq etmək məcburiyyətində qaldıqlarına görə təəssüfləndiyini bildirib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Baş katib bu barədə Monteneqronun Baş naziri Zdravko Krivokapiçlə birgə keçirdiyi mətbuat konfransında jurnalistin Rusiyanın S-400 sistemlərinin alınmasına görə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalarla bağlı verdiyi sualı cavablandırarkən deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə