Tunis Qəddafi ailəsinin Cerba adasında olması xəbərini təkzib edib. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Tunisin Daxili İşlər Nazirliyi Liviya lideri Müəmmar Qəddafinin ailəsinin ölkəyə gəlməsi xəbərini təkzib edib.
Qeyd edək ki, bundan əvvəl telekanal Müəmmar Qəddafinin xanımı Safiya, qızı Aişənin Liviyadan çıxdıqlarını və Tunisin Cerba adasında olduqlarını bildirib. Məlumata görə, bir neçə gün qabaq Safiya və Aişə Liviya-Tunis sərhədinin "Raas Cadir" nəzarət-keçid məntəqəsini adlayıblar, hazırda isə Cerbanın reabilitasiya mərkəzlərindən birində yaşayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB