İran ABŞ-ın Türkiyəyə birtərəfli sanksiyalarını şiddətlə qınayır. SİA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Nazir Tvitter hesabından paylaşdığı mesajında Türkiyənin S-400 hava hücumundan müdafiə sistemi tədarük etməsi səbəbilə ABŞ-ın sanksiyalarına məruz qalmasına sərt reaksiyasını ifadə edib: “ABŞ-ın Türkiyə əleyhinə son sanksiyalarını şiddətlə qınayır və Türkiyə xalqı ilə hökumətinin yanında dayanırıq”.
Mesajına Türkiyə və İran bayrağı ilə iki ölkənin əl-ələ verdiyini göstərən foto əlavə edən Zərif ABŞ-ın sanksiyalarla beynəlxalq hüququ çeynədiyini və sanksiyalara asılılığını ortaya qoyduğunu ifadə edib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB