Yəmən prezidenti Əli Abdullah Saleh sabah hakimiyyətin təhvil verilməsinə dair razılaşmanı imzalayacaq. SİA-nın ərəb KİV-lərinə istinadən verdiyi məlumata əsasən bunu müxalifət liderləri bəyan edib. Salehin beynəlxalq vasitəçilərin hakimiyyətin ötürülməsi təklifilə razılaşdığı və bunu sabah rəsmiləşdirəcəyi bildirilir. Hələ ki, hökumətdən məsələyə münasibət bildirilməyib.
Lakin rus mətbuatında yerləşdirilən xəbərə görə, Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası (FƏDƏŞ) Yəmən prezidenti Əli Abdulla Salehi hakimiyyət ötürmək barədə sənədi imzalamağa razı sala bilməyib.
Şənbə günündən etibarən Sənada olan və iqtidarla müxalifəti danışıqlar masası arxasına oturmağa inandırmağa çalışan təşkilatın baş katibi Əbdül Lətif əz-Zəyəni artıq Yəmən paytaxtını əliboş tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB