Meksika hökuməti COVID-19 əleyhinə Pfizer və BioNTech vaksinlərinin tətbiqinə icazə verib

Meksika hökuməti COVID-19 əleyhinə Pfizer və BioNTech vaksinlərinin tətbiqinə icazə verib
Bu gün Meksika Hökumətinin səhiyyə sahəsini Risklərdən Müdafiə Federal Komissiyası (Cofepris) COVID-19 əleyhinə Pfizer və BioNTech vaksinlərinin təcili tətbiqinə icazə verib. SİA xəbər verir ki, vaksinləmə bu ay başlayacaq. Meksikanın Səhiyyə Nazirinin müavini Huqo Lopes-Qatel Ramirezin sözlərinə görə, ölkə Pfizer-dən 34,4 milyon doza vaksin alacaq. İlk olaraq gələn həftə 125 min tibb işçisi peyvənd olunacaq. Meksika İngiltərə, Bəhreyn, Kanada və Səudiyyə Ərəbistanından sonra bu qərara imza atmış beşinci ölkədir. Qeyd edək ki, Meksikadan fərqli olaraq Birləşmiş Ştatlar hələ də qida və dərmanların keyfiyyətinə sanitariya nəzarəti idarəsinin (FDA) məsələ ilə bağlı yekun qərarını gözləyir. Bundan əlavə, ölkə Britaniyanın "AstraZeneca" şirkətindən 77,4 milyon, Çinin "CanSino" şirkətindən 35 milyon və ÜST-nin yaratdığı "COVAX" qlobal təşəbbüs təşkilatından 34,4 milyon dozalıq vaksin alacağını vəd edib. Ölkədə təkcə son 24 saat ərzində 12 min 253 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 693 nəfər isə bu xəstəlikdən həyatını itirib. 130 milyon əhalisi olan Meksika, COVID-19 xəstəliyinə ən çox yoluxma hallarının (təxminən 1 milyon 229 min 379 nəfər) qeydə alındığı ölkələr arasında 12-ci, ölüm hallarının sayına (113 min 19 nəfər) görə isə dördüncü ölkədir.

Bütün xəbərlər Facebook səhifəmizdə