"Əl-Qaidə" beynəlxalq terror təşkilatının İraqdakı qolunun başçısı, Abu Raduan ləqəbi ilə tanınan Mehlef Məhəmməd Hüseyn əl-Azzaui İraq hərbçiləri tərəfindən həbs olunub. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı həmçinin "Əl-Qaidə"nin daha 3 yüksək rütbəli üzvü tutulub.
Həbs olunanların arasında martın 29-da İraqın Tikrit şəhərində 58 nəfərin ölümü ilə nəticələnən terror aktına görə axtarılan Qasım Məhəmməd Taha da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB