Suriyanın şimalında yerləşən Qamişli şəhərində Kürd Gənclər Təşkilatlarının Ali Şurası etiraz aksiyası keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aksiyada kürdlərlərlə yanaşı ərəblər və xristianlar iştirak edib. Eyni zamanda nümayişlər ölkənin mərkəzindəki Homs şəhərində geniş vüsət alıb. Şəhərdəki iş adamları da hökumətin siyasətinə etiraz bildirərək mağazalarını bağlayıb.
Hökumət qoşunları isə ölkənin qərbində yerləşən Talkalax şəhərini dördüncü gündür ki, atəşə tutur. Qonşu Livana qaçan Talkalax sakinləri şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən adamların vəhşicəsinə öldürülməsini bildiriblər. Bəzi hesablamalara görə, şəhərdə həftə başlayandan 27 nəfər öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB