İsrailin hərbi attaşesi casus çıxdı

İsrailin hərbi attaşesi casus çıxdı

İsrailin Rusiyanın paytaxtı Moskvadakı səfirliyində vəzifəli hərbi attaşe və müdafiə nümayəndəsi polkovnik Vadim Leyderman bu ölkədən deportasiya olunub. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, Leyderman ötən həftə Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq cəsusluq iddiası ilə sorğulanıb. Polkovnik Leyderman Moskva şəhərindəki restoranlardan birində toplantı keçirdiyi vaxt saxlanılıb və dindirildikdən sonra ona ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Qeyd edək ki, öz ölkəsində də təhlükəsizlik qüvvələri tərəfindən sorğulanan polkovnikin ruslar tərəfindən səhv başa düşüldüyü iddia olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə