Ermənistanında Rusiya sülhməramlılarının “KaMAZ”ı İrana məxsus yük avtomobili ilə toqquşub

Ermənistanında Rusiya sülhməramlılarının “KaMAZ”ı İrana məxsus yük avtomobili ilə toqquşub
Dekabrın 11-də Ermənistanın Mehri şəhərində Rusiya sülhməramlılarının şəxsi heyət üçün ərzaq daşıyan "KaMAZ" markalı hərbi yük maşını İrana məxsus yük avtomobili ilə toqquşub. SİA "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Telegram" kanalında hadisənin görüntüləri yayılıb. İlkin məlumata görə, 2 sülhməramlı əsgər yaralanıb. Qəzanın başvermə səbəbləri barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə