Obama Əsədi vurmaq istəyir
ABŞ prezidenti Barak Obama Suriyanın ölkə başçısı Bəşər Əsədə qarşı sanksiyalar qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezidentin qərarına görə, sanksiya tətbiq olunan şəxslərin ABŞ banklarındakı hesabları dondurulacaq. Həmçinin, ABŞ vətəndaşlarına, şirkətlərinə və təşkilatlarına həmin insanlarla hər hansı bir iş əlaqələrini qurmağa qadağa qoyulur. Bəşər Əsəddən başqa sanksiyalar Suriyanın vitse-prezidenti Fərrux Şaraa, baş nazir Adil Səfər, daxili işlər naziri Məhəmməd aş-Şaraa, müdafiə naziri Əli Həbib, hərbi kəşfiyyatın başçısı Abdul Fatah və Siyasi təhlükəsizlik idarəsinin direktoru Məhəmməd Diba Zeytuna qarşı tətbiq olunub.

Qeyd edək ki, ABŞ hökuməti son aylar ərzində Suriyanı bu ölkədə keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı silah istifadə etməməyə və xalqın tələblərini yerinə yetirməyə dəfələrlə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə