İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xəbər verir ki, bu barədə Anadolu Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, bu, İran tərəfin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı əsassız ittihamlar ilə əlaqədar olub. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şerə İran XİN-də siyasi xarakter verildiyi üçün, bu gün Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılıb, nota verilərək Türkiyədən bu barədə izahat verilməsi tələb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə