Liviyada jurnalistlər azadlıqlarına qovuşublar. SİA-nın məlumatına görə, aprel ayında nəzarətə alınan 4 jurnalist bir aylıq həbsdən sonra, bu gün sərbəst buraxılıblar. Trablusdakı səlahiyyətli məsələ ilə bağlı açıqlama verərək bildirib ki, jurnalistlərin sərbəst buraxılması ilə bağlı qərar axşam saatlarında verilib və gecikdirilmədən icra edilib.
Xatırladaq ki, aprel ayında Liviyada 2 amerikalı, bir ispan və 1 cənubi afrikalı jurnalist nəzarətə alınmışdı.
Qeyd edək ki, sərbəst buraxılan jurnalistlər Trablusda bir oteldə yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB