Yunanıstanda yenə vəziyyət qarışıb. SİA-nın məlumatına görə, Afinada bir qrup şəxslə polis arasında silahlı qarşıdurma baş verib.
Hadisə nəticəsində insan itkisi olmasa da, 3 nəfər ağır yaralanıb. Hadisənin baş verdiyi bölgə sakinləri bildirib ki, eşidilən silah səsləri nəticəsində polisə xəbər verilib. Bölgəyə gələn polislər isə şübhəli bilinən 2 şəxsi nəzarətə almaq üçün onlara xəbərdarlıq ediblər. Şübhəlilərin polis məmurlarına atəş açdığını deyən sakinlər, 1 nəfərin polis nəqliyyatı ilə qaçdığını da nəzərə çatdırıblar. Açılan atəş nəticəsində 2 polis nümayəndəsi yaralanıb. Qarşıdurmada yaralanan şübhəlinin səhhəti haqda məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB