Misirdə Hüsnü Mübarəklə bağlı əfv iddiaları yalanlanıb. SİA-nın məlumatına görə, Hərbi Şuranın nümayəndəsi iddiaların yalan olduğunu, belə bir məsələnin gündəmdə olmadığını bildirib: \"Dünən və bugün mətbuatda Hüsnü Mübarəkin əfvi ilə bağlı bir sıra xəbərlər dərc olunur. Guya, Mübarək səhvlərinə görə xalqdan üzr istədiyi, var dövlətini qaytarmağa hazır olduğu üçün əfv olunacaq. Amma bu məlumatlar tamamilə əsassızdır. Belə bir məsələ gündəmdə deyil. Mübarək haqqında ən doğru qərarı ədalət məhkəməsi verəcək\".
Xatırladaq ki, Hüsnü Mübarək, xalqın etiraz nümayişləri nəticəsində fevralın 11-də hakimiyyəti Hərbi Şuraya təhvil vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB