Ukraynada radio aparıcısı aləmi bir-birinə qatıb. SİA-nın məlumatına görə, hava haqqında məlumatları çatdıran aparıcı qadın, ölkə rəhbərliyini tənqid edən sərt sözlərdən istifadə edib. Ukraynanın meteorologiya təşkilatının səlahiyyətlisi və milli radionun tanınmış aparıcısı Lyudmila Savçenko, əvvəlcə verilişə bu cümlə ilə başlayıb: \"Heç kim yasəmən və zanbaqların tər qoxusunda nümayiş olunan bu gözəlliyə, quşların ahəngli cəh-cəhinə qayğısız qala bilməz\".
Daha sonra isə aparıcı hava haqqında məlumat vermək əvəzinə, dövləti tənqid edən sözlərlə çıxışına davam edib: \"Belə qeyri-adi günlər, ölkəmizdə hökm sürən qarışıqlıq, hüquq pozuntuları və ədalətsizliyə dözməyimiz təbiətin bizə bəxş etdiyi hədiyyədir. Kiminsə Ukrayna xalqını sevməməsi və çox pis davranması qəbulolunmazdır\".
Savçenkonun bu sözlərindən sonra Milli Radionun qərarı ilə Meteorologiya mərkəzindən canlı verilişlər qadağan edilib.
Qeyd edək ki, müxalifətin Savçenkonun işdən azad edilməməsi istiqamətindəki cəhdlərinə Milli Məclisin sədri Volodimir Litvin də dəstək olacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB