Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırdı

Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırdı

Avstraliyanın Kvinslend Universiteti və “CSL Limited” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndlərinin sınaqları bir sıra könüllülərdə qeyri-düzgün immun çatışmazlığı virusu testləri nəticələrinin yaranmasından sonra dayandırılıb. SİA-nın xəbərinə görə, bu barədə preparatın istehsalçılarının bəyanatında bildirilir.

"CSL və Avstraliya hökuməti peyvəndin hazırlığının ikinci və üçüncü sınaq mərhələlərinin keçirilməməsi barədə razılığa gəliblər. Birinci mərhələ davam edəcək", - açıqlamada qeyd edilir.

Eyni zamanda, peyvəndin istehsalçıları vaksinin HİV infeksiyasına səbəb ola bilməyəcəyini vurğulayıblar. Qeyd edilir ki, standart nəzarət testləri test iştirakçılarının insan immun çatışmazlığı virusu olmadığını təsdiqləyib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə