Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı qərarı martda açıqlayacaq

Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı qərarı martda açıqlayacaq
Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı məhkəmə qərarını 1 mart 2021-ci ildə açıqlayacaq. SİA xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb. 23 noyabrda başlayan dinləmələr 9 dekabrda keçmiş prezidentin müdafiə tərəfinin, habelə keçmiş vəkili Tyerri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziberin çıxışı ilə sona çatıb. Sarkozi məhkəmə salonunda "ölkəsinin ədalətinin obyektivliyinə inandığını" bildirib. 9 dekabrda Milli Maliyyə Prokurorluğu Sarkozinin telefon dinləmə faktı ilə bağlı 4 il həbs cəzasına (onlardan ikisi şərti) məhkum edilməsini istəyib. Prokurorluq Erzoq və Aziber üçün də eyni cəza tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə