ABŞ-da mikroavtobusun velosipedçiləri vurması nəticəsində 5 nəfər ölüb
ABŞ-ın Nevada ştatında mikroavtobusun velosipedçiləri vurması nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə "The New York Times" ştatın patrul xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, avtomobilin sürücüsü bilinməyən səbəbdən Serçlayt şəhəri yaxınlığında iki qrup velosipedçini və onları müşayiət edən bir minik avtomobilini vurub. Beş velosipedçi ölüb, daha dörd nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Polis qəzanın təfərrüatlarını araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB