Türkiyədə indiyədək 216 səhiyyə işçisi COVID-19 infeksiyasından həyatını itirib

Türkiyədə indiyədək 216 səhiyyə işçisi COVID-19 infeksiyasından həyatını itirib
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası yayıldıqdan indiyədək 216 səhiyyə işçisi bu infeksiyadan həyatını itirib. SİA xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində yaradılan Elm Qurumunun toplantısından sonra jurnalistlərin sualların açıqlayarkən bildirib. Nazir dünyasını dəyişən 216 tibb işçisini şəhid hesab etdiyini bildirib: "Onların hamısı vəzifələrini icra edərkən şəhid oldular". F.Qoca COVID-19 infeksiyasına yoluxan səhiyyə işçisinin sayının 1200-ü keçdiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə