Ukraynada karantin rejimi 2021-ci il fevralın 28-dək uzadılıb

Ukraynada karantin rejimi 2021-ci il fevralın 28-dək uzadılıb
Ukraynada koronavirusla bağlı karantin rejimi 2021-ci il fevralın 28-dək uzadılıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qərar qəbul edilib. Qərara əsasən ölkədə sərt karantin rejimi yanvarın 8-dən 24-dək tətbiq ediləcək. Qeyd edək ki, Ukraynada karantin rejiminin müddəti dekabrın 28-dək uzadılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə