İran koronavirusa qarşı peyvəndin sınaqlarına başlayır

İran koronavirusa qarşı peyvəndin sınaqlarına başlayır

İran koronavirusa qarşı öz istehsalı olan peyvəndin insanlar üzərində sınaqlarına başlanıldığını açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb. “Yerli istehsal olan koronavirusa qarşı peyvəndin insanlar üzərində sınaqları başladı. Sınaqlar bir ay ərzində könüllülər üzərində aparılacaq”, - İranın Qida və Dərman Məhsullarına Nəzarət İdarəsinin nümayəndəsi Kianuş Cahanpur deyib.

Onun sözlərinə görə, peyvənd 18-50 yaş arası olan və koronavirus testi mənfi çıxan könüllülərə iki dəfə vurulacaq: “Vaksinasiyadan sonra antikorların və immunitetin səviyyələri yoxlanılacaq”. Xatırladaq ki, daha əvvəl İranın səhiyyə naziri Səid Namaki yerli peyvəndin gələn ilin yazına qədər sənaye istehsalına hazır olacağına ümid etdiyini bildirmişdi.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə