Rusiyada koronavirusdan sağalanların sayı 2 milyonu ötdü

Rusiyada koronavirusdan sağalanların sayı 2 milyonu ötdü

Rusiyada son bir gündə daha 26 190 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 541 199 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 559 nəfər artaraq 44 718-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 007 792 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə