Gürcüstanda koronavirusdan ölənlərin sayı 1 600-ü ötüb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 1 600-ü ötüb

Gürcüstanda ötən sutkada koronavirusa 4 734 yeni yoluxma halı qeydə alınıb, 3 895 nəfər müalicə olunaraq evə buraxılıb, 38 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. İndiyədək qonşu ölkədə COVID-19-a yoluxması təsdiqlənən şəxslərin sayı 174 383 nəfər təşkil edir. Onların 145 287-si sağalıb, 1 614-ü isə dünyasını dəyişib. Hazırda karantin rejimində 1 126, stasionar nəzarətdə isə 6 900 nəfər saxlanılır. 3 689 nəfər isə xüsusi otellərdə müalicə alır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə