Rəsmi Tokio benzin və ya dizellə işləyən avtomobillərin satışından imtina etmək niyyətindədir

Rəsmi Tokio benzin və ya dizellə işləyən avtomobillərin satışından imtina etmək niyyətindədir
Yaponiyanın paytaxtı Tokionun hakimiyyət orqanları 2030-cu ilə qədər yalnız benzin və ya dizellə işləyən yeni avtomobillərin satışından imtina etmək niyyətindədirlər. SİA-nın məlumatına görə, bu barədə Nikkei qəzeti xəbər verib. Bildirilib ki, bu məqsədi paytaxt hökumətinin iclasında qubernator Yuriko Koyike ortaya qoyub. Təklif olunan plana görə, 2030-cu ilədək Tokioda satılan bütün yeni avtomobillər hibrid və ya elektrik mühərriki ilə təchiz olunmalıdır. Hakimiyyət, həmçinin bu cür avtomobillərin alınmasına subsidiya vermək üçün bir proqram hazırlamaq istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə