Fransada son sutka ərzində COVID-19-dan 831 ölüm faktı qeydə alınıb
Fransada son sutka ərzində COVID-19-a 13 713 yeni yoluxma faktı qeydə alınıb. Ümumilikdə gün ərzində 831 ölüm faktı qeydə alınıb.
SİA xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.
Bildirilib ki, hazırda xəstəxanalarda 25 914 koronavirus xəstəsi müalicə alır.
Epidemiya başlayandan ölkədə ümumi yoluxma sayı 2 309 621-ə, ölüm sayı isə 56 352-ə çatıb.
Hökumət gündəlik yoluxma sayı maksimum 5 min olduğu halda dekabrın 15-də təcrid olma rejimini yüngülləşdirməyi planlaşdırıb. Fransa Səhiyyə İdarəsi virusun ölkədə hələ də fəal yayıldığını bildirərək, qış fəslinin çox çətin olacağı ilə bağlı xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB