Rusiyada son bir gündə daha 26 097 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 515 009 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 562 nəfər artaraq 44 159-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 981 526 nəfər sağalıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB