Ruməniyanın Baş naziri Ludovik Orban istefaya gedəcəyini bəyan edib.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Baş nazir bu qərarı rəhbərlik etdiyi Milli Liberal Partiyanın parlament seçkilərində məğlubiyyətindən sonra qəbul edib.
L.Orban bildirib: "Mən bu gün istefa vermək qərarına gəldim".
Qeyd edək ki, Ruməniyada parlament seçkiləri dekabrın 6-sı keçirilib. İlkin məlumata əsasən, parlament seçkilərində 30,5 faiz səs toplayan Sosial Demokrat Partiyası liderlik edir, Ludovik Orbanın rəhbərlik etdiyi Milli Liberal Partiya isə seçkilərdə 29 faiz səs toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB