Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır - Hayko Maas

Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır - Hayko Maas

Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır.

SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Brüsseldə keçirilən Aİ ölkələrinin XİN rəhbərlərinin iclasının yekunları üzrə Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

H.Maas bildirib: "Biz hesab edirik ki, Aİ-nin Türkiyə ilə dialoqu davam etdirməlidir. Türkiyə məsələsi Aİ liderlərinin sammitində müzakirə ediləcək".

Onun sözlərinə görə, Aİ ölkələri "Türkiyənin Şərqi Aralıq dənizindəki hərəkətlərinə reaksiya" barədə yekdil qərara gəlməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə