Gürcüstanda koronavirusa 2 501 yeni yoluxma təsdiqlənib, 36 nəfər ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 2 501 yeni yoluxma halı qeydə alınıb, 3 988 nəfər sağalıb, 36 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 164 976 nəfərə çatıb. Onların 137 499-u sağalıb, 1 540-ı isə ölüb. Hazırda karantin rejimində 1 267, stasionar nəzarətdə isə 6 963 nəfər saxlanılır. 3 744 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB