ABŞ-ın prezidenti Donald Trampın vəkili Rudolf Julianinin koronavirus testinin cavabı müsbət olub.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Twitter"ində yazıb.
Siyasətçi qeyd edib ki, Nyu-Yorkun bələdiyyə başçısı olmuş Juliani "ABŞ tarixindəki ən korrupsiyalaşmış seçkilərini ifşa etmək" üzərində çalışdıb.
Prezident həmçinin koronavirus infeksiyasını "Çindən gələn virus" adlandırıb.
Tramp Julianiyə tez zamanda sağalmağı arzulayıb və respublikaçıların ABŞ-dakı prezident seçkilərindən sonra məhkəmə çəkişmələrini davam etdirəcəklərini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB